Ruslar "xüsusi elçi"ni parkda gəzdirdilər - VİDEO
Bu gün, 15:28

Xəbər verdiyimiz kimi, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiyada rəsmi səfərdədir.
Publika.az TASS-a istinadən xəbər verir ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Prezidentin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev bu gün qonağı Moskvadakı Zaryadye parkında gəzintiyə çıxarıb.
Bildirilir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi danışıqlar üçün sonuncu dəfə aprelin 25-də Moskvaya, ondan əvvəl isə aprelin 11-də Sankt-Peterburqa səfər edib. Hər səfərdə Rusiya prezidenti Vladimir Putin onunla görüşlər keçirib. Bu, artıq Uitkoffun ilin əvvəlindən Rusiyaya beşinci səfəridir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl Ukrayna böhranının həlli o vaxta qədər əldə olunmasa, avqustun 9-da Rusiyaya qarşı sanksiyalar tətbiq edə biləcəyini bildirib. Rusiyanın ABŞ-ın hazırkı administrasiyasının sanksiyalarından qaça bilməyəcəyi ilə bağlı suala Tramp deyib ki, bunun baş verməsi üçün “insanların ölümünü dayandıracaq bir razılaşma əldə edilməlidir”.