Avtomobil qapısı ilə təyyarə qapısı arasında fərq var: "günahsız" qapını çırpmağa ehtiyac yoxdur - Video
Bu gün, 15:38
Videoda gördüyünüz bu qapı, avtomobil qapısıdır. Bu hissədən yavaşca tutub özünüzə tərəf çəkərkən kiçik səs çıxa bilər. Qapının açıldığına dair səsi eşitdikdən sonra bu hissədən əlinizi çəkə bilərsiniz. Örtərkən də eyni qaydada yavaş toxunuşla itələyərək bağlaya bilərsiniz. Təkrar qeyd edirik. Videoda gördüyünüz avtomobil qapısıdır. Bu qapıdan sizin avtomobildə və ya mindiyiniz hansısa nəqliyyat vasitəsində ola bilər. Səhv salmayın deyə təkrar edirik ki, gördüyünüz qapı təyyarə qapısı deyil. Çırpmağa ehtiyac yoxdur. Bu, sadəcə "günahsız" bir qapıdır.