"The Economist" gələcəyi proqnozlaşdırıb?

23-07-2024, 16:24           
"The Economist" gələcəyi proqnozlaşdırıb?
"The Economist" nəşrinin hələ ötən ilin noyabr ayında dərc etdiyi jurnalının üz qabığındakı təsvirlər yenidən gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, üz qabığının yuxarı hissəsində üzərində sual işarəsi əks olunan ABŞ prezidentliyinə namizəd Donald Trampın və ona qarşı çıxacaq naməlum qadının təsviri yer alıb.

İndi ehtimal etmək olar ki, Trampın sual işarəli təsviri onun sui-qəsddən sağ çıxıb-çıxmayacağı ilə bağlıdır. Siyasətçiyə qarşı gələcək qadın isə hazırkı dövlət başçısı və Demokratlar partiyasının namizədi Co Baydeni prezidentlik yarışında əvəzləyən ABŞ vitse-prezidenti Kamala Harrisdir.

Görəsən "The Economist" doğrudanmı baş verəcəkləri səkkiz ay öncədən proqnozlaşdırıb?














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru