Harris Ağ Ev yarışında misoginiya və irqçiliklə üzləşir
15-08-2024, 16:53
Vitse-prezident Kamala Harrisin tənqidçilərinin bəziləri həm açıq, həm də üstüörtülü şəkildə dünyanın ən güclü vəzifəsini qadına etibar edilməməli olduğunu səsləndiriblər. Gender təndiqçiləri əlavə edirlər ki, Harris qadına qarşı qərəzlə bərabər, irqçi hücumlara da məruz qalır.
Vitse-prezident Kamala Harrisin ölkənin ən yüksək vəzifəsinə namizədliyi onun sevgi həyatı, paltar seçimi və hətta fərqli gülüş tərzi haqda çox sayda hücumlara təkan verib. Ekspertlər deyir ki, bu, misoginiyanın klassik əlamətləridir.
Harris, Amerikada qadının ilk dəfə prezidentliyə namizədlik irəli sürməsindən sonra bir əsrdən çox davam edən bu yanaşmanı dəyişməyə çalışır.
Amma tədqiqatçılar deyir ki, Harris daha bir çətinliklə üzləşir – onun qarışıq irqli olması.
Respublikaçıların prezidentliyə namizədi, sabiq prezident Donald Tramp:
Donald Tramp, Respublikaçıların prezidentliyə namizədi: “O həmişə Hindistan irsindən idi və yalnız Hindistan irisi təbliğ edirdi. Mən son bir neçə ilə qədər onun Qara olduğunu bilmirdim. O birdən Qara oldu. İndi də Qara kimi tanınmaq istəyir. Ona görə bilmirəm, o hindistanlıdır, ya Qara.”
Tədqiqatçılar bunu “misogynoir” – qara qadınlara qarşı qərəz adlandırır.
Nadiya Braun, Corctaun Universiteti: “Misogynoir [Mizecinuar] xüsusi olaraq Qara qadınlara ünvanlanan seksizm və irqçiliyin dəhşətli qarışığıdır. Bu, Qara qadınlara qarşı mövcud stereotiplər və ağ hetero-patriarxal supremasist normalar anlayışından qaynaqlanır.”
Bu cür hücumlar hətta Harrisin ən sərt tənqidçilərini belə cavab verməyə sövq edib.
Mayk Conson, ABŞ Nümayəndələr Palatası spikeri: “Bu, Kamala Harrislə şəxsi məsələ deyil və onun etnik, cinsi və digər xüsusiyyətləri ilə bağlı deyil.”
Tədqiqatçılar deyir ki, qadınların cəmiyyətdə daha ənənəvi rollarda qalmasına dəstək artmaqdadır. Məsələn, sosial şəbəkələrdə ənənəvi həyat yoldaşı tərzində hərəkat qadınların ev xanımları, analar, dəstəkçilər rolunda olması təşviq edir.
Lakin bəzi qadın seçicilər bu gender hücumlarını gülünc adlandırır.
Salenas Neş, Kaliforniya seçicisi: “Bu, seksistdir. Bu cür insanlar “hər şey kişilər üçün” deyənlərdir. Onlar hətta Hillari Klinton namizəd olanda deyirdilər ki - “Yox, yox, o qadındır. Onun menstruasiyası olanda, necə olacaq? Müharibə başladacaq?”
Corctaun Universitetindən olan Braun iddia edir ki, Tramp Harrislə debatda üz-üzə gəlməkdən qorxduğundan ona şəxsi xarakterli hücumlar edir.
Son günlərdə Harris və Tramp sosial mediada bir-birinə hücumlar edərək, digər tərəfi 10 sentyabr tarixinə planlaşdırılmış debatdan yayınmaqda ittiham ediblər.
Tramp ilk addımı ataraq, debatın 4 sentyarda onun sevimli televiziya şəbəkəsində keçirilməsini təklif edib.
Nadia Braun, Corctaun Universiteti: “Məncə, ola bilər ki, bu, Tramp adından ağıllı addımdır. Kamala Harrisin sabiq prokuror olduğunu və indiyədək debatlarda gördüyümüz performansları nəzərə alsaq, elə görünür ki, Harris debatda Donald Trampın üzərində əzici üstünlüyə malik olacaq.”
1920-ci ildə qadınlar səsvermə hüququ əldə edəndən bəri, onların səsvermədə iştirak payı artmaqdadadır.