Hesabat: Kremlpərəst hakerlər qlobal internet casusluq kampaniyasına başlayıb

15-08-2024, 17:04           
Hesabat: Kremlpərəst hakerlər qlobal internet casusluq kampaniyasına başlayıb
Citizen Lab və Access Now rəqəmsal hüquqlar qruplarının araşdırmasından sonra çərşənbə günü açıqlanan yeni hesabata görə, Rusiya kəşfiyyatı ilə əlaqəli hakerlər fişinq e-poçtları ilə bütün dünyada Kreml tənqidçilərini hədəf alır.

Tədqiqatçıların fikrincə, genişmiqyaslı internet casusluq əməliyyatının bir hissəsi fişinq kampaniyası ABŞ rəsmilərinin 2024-cü il prezident seçkiləri zamanı mümkün kiberhücumların qarşısını almaq üçün kompüter şəbəkələrini diqqətlə izlədiyi bir vaxta təsadüf edir.

Hesabatda qeyd edilib ki, 2022-ci ildə başlayan hücumlar mühacirətdə olan rusiyalı müxalifətçilərə, Amerika beyin mərkəzlərinin keçmiş əməkdaşlarına, siyasi xadimlərə və alimlərə, ABŞ və Aİ qeyri-kommersiya təşkilatlarının əməkdaşlarına, eləcə də media qurumlarına qarşı yönəlib.

Ekspertlərin fikrincə, bu şəxslərin bəziləri Rusiyadadır ki, bu da onları ciddi risk altında qoyur. Onlar həmçinin vurğulayırlar ki, haker əməliyyatının qurbanları onların geniş əlaqələrinə çıxış əldə etmək üçün hədəf alınmış ola bilər.

Onlardan biri də ABŞ-ın Ukraynadakı keçmiş səfiri olub.

Tədqiqatda iştirak edən Rusiya insan haqları qrupunun Birinci Departamentinin rəhbəri Dmitri Zair-Bekin sözlərinə görə, kampaniyanın hədəfində olanların bəziləri şəbəkəyə düşüb.

Citizen Lab hücumları iki qurumla əlaqələndirib: Qərb kəşfiyyat və təhlükəsizlik xidmətlərinin Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əlaqələndirdiyi məşhur rus haker təşkilatı Cold River və həmçinin Rusiya kəşfiyyatı üçün işlədiyi güman edilən Coldwastrel adlı yeni qrup.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.