Koronavirus şəklini dəyişib tanınmaz oldu: COVID-19 yeni "sürprizini" hazırlayır

14-09-2024, 15:18           
Koronavirus şəklini dəyişib tanınmaz oldu: COVID-19 yeni "sürprizini" hazırlayır
"Pandemiya başlayandan bəri koronavirusun antigen portreti çox dəyişib".

Lenta.ru--nun verdiyi məlumata görə, bu barədə Rusiyanın Fundamental və Translasiya Tibbi Federal Tədqiqat Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar Laboratoriyasının rəhbəri, virusologiya professoru Aleksandr Çepurnov bildirib.

"Əgər əhalinin əsas kütləsinin keçirdiyi xəstəliyi (ilkin variant, delta, omikronun ilk variantları) nəzərə alsaq, son iki ildən bir az artıq müddətdə o qədər mutasiya baş verib ki, virusun antigen portreti əvvəlkindən xeyli fərqlənir. Yeni variantlar, həmçinin bundan əvvəl vaksinasiya və ya xəstəliyi keçirməklə əldə edilmiş immunitetdən qaçma qabiliyyətinə malikdir", - deyə virusoloq bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində baş verən əsas dəyişiklik koronavirusun daha az patogen istiqamətdə dəyişməsidir.

"Yəqin ki, biz qripəbənzər vəziyyətə doğru irəliləyəcəyik və ya vaksinlərin yeni variantlarını sürətlə hazırlamağı öyrənəcəyik", - deyə professor sözlərini yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru