Gücünə görə bölgənin iki əsas ölkəsi arasındakı gərginlik nə Türkiyənin, nə də İsrailin maraqlarına cavab verir.

1-10-2024, 11:58           
Gücünə görə bölgənin iki əsas ölkəsi arasındakı gərginlik nə Türkiyənin, nə də İsrailin maraqlarına cavab verir.
Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan parlamentdə bugünkü çıxışı zamanı “İsrail Fələstin və Livandan sonra gözünü Türkiyə torpaqlarına dikəcək” ifadəsini işlədib. Ərdoğanın sözlərinə görə, gec-tez İsrailin qarşısı mütləq şəkildə alınacaq.
Hələ ki, İsrailin irəliləməsinin qarşısını almaq istəyən güc yoxdur. İsrailin növbəti hədəflərindən biri İran olacaq. Türkiyəyə gəldikdə, İsrail kəşfiyyatının PKK terrorçu təşkilatı, o cümlədən Suriya və İraqdakı silahlı kürd qruplaşmalarla əlaqələri barədə müxtəlif versiyalar mövcuddur.
Ancaq İsraildə onu da anlamamış deyillər ki, Türkiyə ətrafdakı heç bir ölkəyə, o cümlədən İrana bənzəmir, Tel-Əviv həddini aşarsa tərs şilləylə üzləşər. Aydındır ki, bu qədər qan töküldükdən sonra Ərdoğanın İsrailin baş naziri Benyamin Netanyahu ilə dialoqu alınmayacaq.
Ancaq gərginlik sona çatandan sonra iki ölkə arasında dialoqun imkanları araşdırılmalıdır. Çünki, gücünə görə bölgənin iki əsas ölkəsi arasındakı gərginlik nə Türkiyənin, nə də İsrailin maraqlarına cavab verir.
Bu arada, Türkiyədə bəzi siyasətçilər “İsraillə ticarəti dayandırmaqla yanaşı Azərbaycan neftinin Türkiyə üzərindən İsrailə satışını da dayandırmaq lazımdır” təklifini səsləndirməyə başlayıblar. Bu, məsələnin həlli deyil. Üstəgəl Ankaranın belə bir addımı Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yaradacaq ki, bölgə üçün indiki həssas məqamda bu yalnız düşmənlərimzin maraqlarına xidmət edəcək.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru