İRANIN "DANIŞILMIŞ" HÜCUMU ÖZ ƏLEYHİNƏ YÖNƏLİR – Oyunun moderatoru olan ABŞ hansı addımı atacaq?

4-10-2024, 12:03           
İRANIN "DANIŞILMIŞ" HÜCUMU ÖZ ƏLEYHİNƏ YÖNƏLİR –
Namiq Bilal
Bütün maskalar düşür. Dünyanın böyük bir teatr səhnəsi olduğunu yalnızca siyasi ekspertlər deyil, ˝obıvatel˝ də görməyə başlayıb. Ermənistan Azərbaycanla 30 il vuruşduruldu, Rusiya-Ukrayna müharibəsi var gücü ilə uzadılır, İsrail də ərəblərlə və İranla 50-60 ildir vuruşur. Böyük güclər istəsə, bu konfliktlər qısa zamanda həll olardı. Amma istənilmir. Müharibə lazımdır. Regionları və millətləri nəzarətdə saxlamaq və qlobal hegemonluğu təmin etmək üçün müharibələr, konfliktlər vazkeçilməz instrumentdir.

İndi də Böyük Orta Şərqlə bağlı yeni qərarın verildiyi görünür. İranı çox təhlükəli oyuna çəkirlər və İsrailə raket zərbələrindən sonra buna demək olr ki, nail olublar. Çoxmillətli və millətlərarası münasibətlərin kəskin olduğu İran üçün irimiqyaslı konflikt dövlətin sonunu gətirə bilər. Heç şübhəsiz bunu fars hakimiyyəti də bilir. Pezişkian özü etiraf edib ki ˝ciddi nə isə baş versə, İran adlı dövlət qalmayacaq˝.

Sual yaranır: bu deyilənləri fars rejimi bilirsə, belə provakasiyaya niyə gedir?

İsrail Haniyəni, Nəsrullahı öldürdü, uğurlu ˝peycer əməliyyatı˝ keçirdi və “Hizbullah”ı çökdürür. “Hizbullah”, “Haşdi Şabi” və s. bu kimi proksi qüvvələrin yaradılmasına İran on milyardlarla dollar pul xərcləyib. İndi həmin proksiləri yox edirlər. Üstəlik, İrandakı fars rejiminin var olmasının “ideoloji əsası” İsrail düşmənçiliyidir. Hər halda xalqı bununla aldadırlar.
İran İsrailə raket atmaqla həm öz proksilərində yaranan ruh düşkünlüyünü aradan qaldırmağa, həm də güclü dövlət kimi imicinə dəyən zərbəni neytrllaşdırmağa çalışır. Təsəvvür edin, Qərblə yaxınlaşmanı strateji hədəf seçən İran hakimiyyəti İsrailə raket atır. Yəhudi dövlətinə raket zərbəsi çox təhlükəlidir, üstəlik Qərblə yaxınlaşmanı mümkünsüz edir. Amma fars hakimiyyəti bu aadımı atır.

Oyun çox ağıllı qurulub. Fars rejimi özü üçün təhlükəli addıma məcbur edilir. Bununla belə, zərbələr cox da ağrılı deyil, İsrailə maksimum zərər vermək üçün yox, fars rejiminin imicini xilas etmək üçün endirilib. Məsələn, husilər Tel-Əvivə dron zərbəsini səhərin erkən saatlarında, növbətçilərdən başqa hamının yatdığı vaxtda endirmişdilər. İranın zərbəsi isə, Rusiyaya edilən xəbərdarlıqdan sonra, hamının iş başında olduğu axşam saatlarında baş verdi.

Bu zərbə ˝yumşaq və danışlmış˝ olsa da, belə görünür ki, İran öz imicini xilas edə bildi. İndi sual oyunun moderatoru olan ABŞ-nin hansı addımlar atacağıdır. Hansısa addım mütləq olacaq.
İrana böyük zərbələr endirmək, onu parçalamaq və s. Ağ Evin maraqlarına uyğun deyil. İran ˝Qərbin regiondakı böyük düşməni˝ qismində ABŞ-a hələ lazımdır. Maraqlıdır ki, ˝Qərblə yaxınlaşırıq˝ deyən fars rejimi bu məqamı hesaba ala bilmir. İsrail mediasında gedən məlumatlara görə ABŞ və İsrail İranın nüvə obyektlərini və neft infrastrukturunu məhv etmək planını hazırlayır. Belə zərbələr şübhəsiz İranı çox zəiflədər, amma bir dövlət kimi xəritədən silməzdi. İrandakı fars rejimi onsuz da hər zaman, istəyərəkdən və ya istəməyərəkdən, ABŞ maraqlarına xidmət edib.

Böyük anlamda Ag Evin əleyhinə getmək bütöv İran dövlətinin sonudur. Nüvə potensialını itirmiş, neft infrastrukturu məhv edilmiş və tamamilə zəiflədilmiş İran Ag Ev tərəfindən daha rahatlıqla yönlənirilərdi. Hələlik hadisələr bu istiqamətdə inkişaf edir. Daha zəif İranın öz proksiləri ilə birlikdə ABŞ-in hansı yeni planlarına xidmət edəcəyini zaman göstərəcək.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.