Bu, Bakıya çox güclü təzyiqdir: Onlar kimlərdir?

10-10-2024, 00:13           
Bu, Bakıya çox güclü təzyiqdir: Onlar kimlərdir?
Xəbər verdiyimiz kimi, 60 nəfərə qədər konqresmen və senator Azərbaycanla bağlı müraciət qəbul edib. Bu, Azərbaycana son dərəcə ciddi təzyiqdir.

TEREF Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli bildirib.

O qeyd edib ki, bu sənədin ortaya çıxması üçün əsas iş görənlər Demokratlar Partiyasının təmsilçisi konqresmen Frank Cozef Pallone və digər demokrat-senator Edvard Con Markidir:

“Ümumiyyətlə, bu müraciəti əsasən Demokratlar Partiyası hazırlayıb.

Frank Pallone (1951) 2019-cu ildə “Stepanakert” dediyi Xankəndidə olub. Foto da Xankəndidə çəkilib. O, çıxışlarında “Dağlıq Qarabağ” yerinə də “Artsax” ifadəsindən istifadə edirdi, “Artsax”ın müstəqilliyindən danışrdı. ABŞ-ın Azərbaycana 100 milyon dollarlıq hərbi yardımını dayandırmaq üçün hələ 2019-cü ildə can qoyurdu…

Edvard Con Marki də ermənilərin köhnə dostudur. Amerika Erməniləri Milli Komitəsi hər il erməni xalqının hüquqlarını müdafiə edən bir şəxsə “Azadlıq” adlı mükafat verir. Amerika Erməniləri Milli Komitəsi hələ uzaq 2017-ci ildə senator Edvard Con Markiyə belə bir mükafat vermişdi. Təqdim etdiyimiz foto həmin mükafatın təqdim olunma mərasimində çəkilib…

Belə yaramaz adamların müəllifliyi ilə ortaya çıxan müraciətə isə bizim müxalifət Cəmil Həsənli və Əli Kərimlinin şəxsində dəstək verir. Mənə görə, bu müraciətə dəstək vermək elə erməniyə dəstək vermək kimi bir şeydir.

Əlbəttə, biz türkük. Ləyaqətli düşmənə də ehtiram göstərərik. Ancaq daha belə əxlaqsızlara yox.

Ümumiyyətlə, ABŞ-ın 50 ştatı var. Onlardan 46-sı “Artsax” dedikləri “Dağlıq Qarabağ”ı müstəqil dövlət kimi tanımışdı. Yəni Amerikanın Azərbaycan münasibəti budur. Türkiyəyə də Amerikanın münasibəti bundan yaxşı deyil…”













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.