MOSKVADA ÜÇTƏRƏFLi GÖRÜŞƏ KİM MANE OLUB? – “Putində alınmadı...”

10-10-2024, 09:38           
MOSKVADA ÜÇTƏRƏFLi GÖRÜŞƏ KİM MANE OLUB? – “Putində alınmadı...”
Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin Moskva sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirmək istəyirdi. Alınmadı. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, üçtərəfli görüşlə bağlı razılıq əldə olunmayıb.

Uşakovun sonrakı cümləsi diqqət çəkib: “Üçtərəfli görüşlə bağlı fikir var idi, ancaq bəziləri tərəfindən dəstəklənməyib”.

Uşakov “bəziləri” dedikdə kimi və ya kimləri nəzərdə tutub?

Politloq Elxan Şahinoğlu hesab edir ki, əslində Bakı ilə İrəvan arasında sülh sazişiylə bağlı fikir ayrılığı ortadan qaldırılmadığına görə, görüşə ehtiyac olmayıb.

“Buna baxmayaraq, İlham Əliyev və Nikol Paşinyan ilin əvvəlində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə üçtərəfli görüş keçirmişdilər. Şoltsdan fərqli olaraq Putində alınmadı. Bu həm də onunla əlaqədardır ki, Bakı və İrəvanın Moskva ilə tərəfdaşlıq münasibətləri olsa da, hər iki tərəf Rusiyanın vasitəçiliyində maraqlı deyil”, - o əlavə edib.

E.Şahinoğlu hesab edir ki, doğru olan da budur, məsələlərin həlli birbaşa danışıqlardan keçir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru