Öncə insan

Bu gün, 00:01           
Öncə insan
Son 20-25 ildir Qərbdə yeni "dəb" həyat tərzləri israrla təbliğ, hətta təşviq olunur. Bunlardan biri də vegan/vegeterian həyat tərzidir.
Bu cərəyanlar ilk baxışdan "insani" görünsə də, ciddi fəlsəfi problemlər üzə çıxır.
Eyni qruplar "minimalizm" (geyimdə, ev əşyasında, və s.), "childfree" və iqlim dəyişikliyə qarşı aktivistlər (problemi anlamadan alətə çevrilənlər - ekologiya ilə qarışdırmayın, mən özüm ekologiyanı qorumaq üçün çalışıram, ekoaktivistəm) və s. istiqamətlərdə də aktivlik edirlər.
Amma bütün bu cərəyanlar dünyada hegamon olsa, bəşəriyyət məhv olar, çünki, bu qrupların başında durub ipləri çəkənlərin əsas hədəfi Dünyada əhali sayını istənilən yolla azaltmaqdır və bu cərəyankarı maliyyələşdirənlər insanlıq üçün ciddi təhlükədirlər, çünki fanatikdilər, özlərini bu "ali missiyaya" inandırıblar.
"Minimalistlər" dünyada hegamon olsa, hər yerdə, əsasən də Çin, Hindistan, Uzaq Şərq ölkələrində işsizlik ciddi artar, böhran dalğaları yaranar, hətta vətəndaş müharibələri, xaos hakim olar - bu isə "ideoloqlar" üçün əladı, nə qədər insan aclıqdan, xaosdan, müharibələrdən ölsə, bir o qədər yaxşıdır.
"Childfree" zatən adı üstündədir - istəyirlər doğuş azalsın, əhali artmasın.
Vegan/vegeterian qruplar isə deyir ki, ət yeməyin, heyvan öldürmək vəhşilikdir, ev heyvanları/quşları azalmalıdır, həm də ona görə azalmalıdır ki, onlar, güya, iqlimi korlayırlar. İnsan övladı onminillərdir ət/quş məhsuluna öyrəşib, geninə işləyib, protein qaynağı olmadan insan zəifləyir, xəstələnmə halları artır, həyat eşqi sönür - insanlıq düşməni ideoloqlara da məhz bu lazımdır.
Bundan başqa, inək, qoyun, toyuq zatən var, tutalım, yemək üçün kəsmədilər, o zaman onlar qocalıb öləcəklər də, elə deyil? Yaxşı, öz əcəli ilə ölən kimi həmən kəsib, əti korlanmağa qoymadan yesək, bu zaman ət yemək məqbul sayıla bilərmi?! Ritorik sualdır, amma legitimdir.
Mən hər kəsin azad şəkildə istədiyi kimi yaşaması, istədiyinə inanması üçün siyasətlə məşğulam, hər bir qrupun həyat tərzini qorumağa hazıram, amma bir şərtlə ki, bu cərəyanlar öz həyat tərzlərini ən doğru olduğunu bizə sırımasınlar, insanlar bu cərəyanlar haqqında sual verib fikir bildirəndə onları "geridəqalmış" kimi damğalamasınlar - vəssalam, istədiyim, düşünməyə dəvət etdiyim məqam məhz budur...
P.S. Fotonu dünən Praqada çəkmişəm, vegan/vegeterian qrupdur, küçədən uşaqlar keçir, amma TV də heyvanların öldürülməsi kadrları göstərərək insanları ətdən imtinaya çağırırlar. O səhnələri görən uşaq travma yaşayacaq, bunu düşünmürlər, çünki öz "ideologiyalarını" istənilən üsulla cəmiyyətə sırımağa çalışırlar...
Natig Jafarli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.