"Putin 2030-cu ilədək NATO-ya hücum edə bilər" - Almaniya kəşfiyyatı

Bu gün, 00:06           
"Putin 2030-cu ilədək NATO-ya hücum edə bilər" - Almaniya kəşfiyyatı
"Putini narahat edən təkcə Ukrayna deyil, əslində, yeni dünya düzəninin formalaşmasıdır..."

Rusiya Federasiyası yaxın 6 ilədək NATO üzv-ölkələrinin ərazisinə hücum etmək iqtidarında olacaq.

Moderator.az xəbər verir ki, bu barədə Almaniya Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kal Bundestaqda dinləmələr zamanı bəyan edib. Məlumatı "bigmir.net" nəşri yayıb.

O, əlavə edib ki, Rusiya tərəfindən birbaşa təhlükəni görür. "Ən geci bu onilliyin sonunadək Rusiya qoşunları NATO-ya hücum etmək iqtidarında olacaq", - Kal proqnoz verib.

Alman kəşfiyyatının rəhbəri qeyd edib ki, "Kremı Almaniyanı özünə düşmən kimi görür", çünki bu, Avropanın Ukraynaya rusiyalı işğalçılara qarşı müharibədə dəstək verən ikinci ən böyük ölkəsidir. "Biz Rusiya ilə birbaşa münaqişədəyik", - o, deyib.

Kal əlavə edib ki, Putini narahat edən təkcə Ukrayna deyil, "əslində, yeni dünya düzəninin formalaşmasıdır".

Dinləmələrdə həmçinin ölkənin əkskəşfiyyatının rəhbəri Tomas Haldenvanq çıxış edərək bəyan edib ki, rəhbərlik etdyi idarə "Rusiya xüsusi xidmət orqanlarının aqressiv hərəkətlərini müşahidə etməkdədir", "Bild" nəşri yazıb.

O, vurğulayıb ki, Almaniyada Rusiyanın casusluq fəaliyyəti və diversiyaları "həm keyfiyyətcə, həm də kəmiyyətcə" artır.

Hərbi Əkskəşfiyyat Xidmətinin rəhbəri Martina Rozenberq bəyan edib ki, kritik infrastrukturun izlənilməsi cəhdlərinin sayı "həyəcan doğuracaq" dərəcədə artıb.

"Rusiyalı casuslar Ukraynaya silah tədarükü, alman hərbçilərinin hazırlığı, silah istehsalı və ya sabotajı diqqət mərkəzində saxlayır ki, diversiyalar səbəbindən müdafiə olunmamaq hissi yaradılsın", - o, deyib.

Başqa ölkələrdə də rusiyalı casusların fəallığı artır

Son zamanlar rusiyalı casusların Avropa ölkələrində canlanması barədə xəbərlər artıb.

Belə ki, yayda britaniyalı hərbçilərə paylanan təhlükəsizllik üzrə təlimatda rusiyalı casusların işi barədə deyilir. O cümlədən döyüşçülərə hərbi bazaların izlənilə bilməsi barədə xəbərdarlıq edilib.

Avropa Rusiyanın Norveçin energetika obyektlərində mümkün diversiyalarına hazırlaşır. Oktyabrın 8-də isə Britaniyanın Mi-5 əkskəşfiyyat idarəsi rusiyalı agentlərin Avropa küçələrində yarada biləcəyi təhlükə barədə xəbərdarlıq edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.