Bəşər Əsəd çıxılmaz vəziyyətdə: Suriyaya kim hakim olacaq?
7-12-2024, 09:48
Baku TV-nin "Hərbi xronika" rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda hərbi jurnalist Fərdin İsazadə Suriyada baş verən son proseslərdən bəhs edib.
O, Suriyada son əməliyyatların 27 noyabr tarixində İdlib bölgəsindən başladığını xatırladaraq bildirib ki, "Heyət Təhrir əş-Şam" Hələb və Sərakib şəhərləri olmaqla iki istiqamətdə hücumları həyata keçirib:
"Onu da vurğulamaq lazımdır ki, bu əməliyyatlar ölkənin şimalında yerləşən Suriya Milli Ordusu ilə koordinasiya olunmuş şəkildə keçirilib. İlk hücum istiqaməti kimi Hələb şəhəri seçildi. Qısa müddət ərzində "Heyət Təhrir əş-Şam" qüvvələri Hələbin kənar dairəvi yoluna qədər irəlilədilər. Lakin sonrakı hadisələr göstərdi ki, onların məqsədi hökumət qüvvələri ilə birbaşa toqquşmaq deyildi. Əksinə, "Hilal" taktikasından istifadə edərək, Hələbi şimaldan və cənubdan mühasirəyə aldılar və hökumət qüvvələrinə cinahlardan zərbələr endirdilər. Nəticədə hökumət qüvvələri Hələb və ətraf yaşayış məntəqələrini tərk etmək məcburiyyətində qaldılar. Onların yerini bölgədə yerləşən YPG qüvvələri tutdu".
Fərdin İsazadə vurğulayıb ki, "Heyət Təhrir əş-Şam" bu taktikadan istifadə edərək Həmada hökumət qüvvələrinin cəmləşməsi üçün şərait yaradıb və onlara daha ağır zərbə vurmaq niyyətində olub:
"Sonrakı günlərdə bu taktikanın baş tutduğunu gördük. Hələb ətrafında və daha geniş ərazilərdə "Heyət Təhrir əş-Şam" yaşayış məntəqələrini nəzarət altına aldı. Eyni zamanda, Hələbiyyə şəhərinin ətrafında yerləşərək Həmaya hücumlarını davam etdirdilər. Burada da "Hilal" taktikasına əl ataraq hökumət qüvvələrinə cinahlardan zərbələr endirərək Həmanın məhəllələrini bir-birinin ardınca almağa davam etdilər. Eyni zamanda, Beyrazor-Həma yolunu nəzarət altına aldılar".
Ətraflı süjetdə: