Rubio: ABŞ milli maraqlarına uyğun olaraq bütün dünyada sülhü təşviq edəcək
Bu gün, 16:14
Sabiq Respublikaçı senator Marko Rubio ABŞ Dövlət katibi vəzifəsindəki ilk günündə işçilərinə deyib ki, nazirlik dünya boyu sülhü təşviq edəcək. O həmçinin Çinin hərbi və iqtisadi ambisiyalarına qarşı durmağa çalışan Hind-Sakit okean regionundan müttəfiqlərlə də görüşüb. Amerikanın Səsinin müxbiri Veronika Balderas İqlesias xəbər verir.
“Sülh olmadan, güclü ölkə olmaq, firavan ölkə olmaq, daha yaxşı mövqedə olan bir ölkə olmaq çətindir,” ABŞ Dövlət katibi Marko Rubio deyir.
Amma münaqişədən yayınmaq strateji qərar olacaq.
“Bu heç vaxt bizim milli təhlükəsizliyimizin, milli maraqlarımızın, bizim ölkə və xalq olaraq əsas dəyərlərimizin hesabına olmayacaq,” Rubio bildirib.
Rubio həmçinin çərşənbə axşamı Hindistan, Avstraliya və Yaponiyanın xarici işlər nazirləri ilə görüşüb. Bu dörd ölkə Dördtərəfli Təhlükəsizlik Dialoqunu, qısaca “Quad”ı təşkil edir.
“Quad” Çinin Hind-Sakit okean regionunda iqtisadi və hərbi ambisiyalarına qarşı durmağı hədəfləyən blokdur.
Çərşənbə axşamı keçirilən görüş Prezident Donald Trampın Amerika Birinci yanaşması ilə bağlı bəzi narahatlıqları azaldıb.
“Bu, ABŞ-ın Çinin yüksəlişinə qarşı necə durmaq baxımından regional koalisiya müttəfiqlərini və tərəfdaşlarını tərk etmədiyinə dair açıq siqnaldır,” Stimson Mərkəzindən Yun Sun deyib.
Pekin “Quad”ı Soyuq Müharibə quruluşu adlandıraraq, qınayır.
“ABŞ müttəfiqləri və ya tərəfdaşları ilə ahəngdə olduğu vaxt çinlilər özlərini təcrid olunmuş və təhlükədə hiss edəcəklər və onlar ABŞ-ı Soyuq Müharibə zehniyyətində ittiham edəcəklər,” Stimson Mərkəzindən Yun Sun deyir.
Analitik qeyd edib ki, Çinin hərbi və nüvə arsenalını modernləşdirməsi və genişləndirməsi yalnız həmin regiondakı ölkələri öz ordularını gücləndirməyə və Birləşmiş Ştatlarla daha sıx əməkdaşlığa sövq etməyə davam edəcək.