Azərbaycan Türkiyə ilə birgə Suriyada sabitliyin təmin olunmasına töhfə verməyə hazırlığını ifadə edir

Bu gün, 00:13           
Azərbaycan Türkiyə ilə birgə Suriyada sabitliyin təmin olunmasına töhfə verməyə hazırlığını ifadə edir
Azərbaycan Prezidenti İlham Əliyev Suriya məsələsində ölkəsinin müttəfiqi Türkiyə ilə çiyin-çiyinə dayanacağını bəyan edib.

“Suriya məsələsində Azərbaycan Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Bu xüsusda vurğulandı ki, Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır”, Prezident İlham Əliyev fevralın 13-də Türkiyə nin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən bildirib.

“Bu gün Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun Cənubi Qafqaz regionunda, eyni zamanda, onun hüdudlarından kənarda sabitliyin, təhlükəsizliyin, sülhün və əmin-amanlığın zəmanəti olduğu bir daha qeyd edilib”, məlumatda deyilir.

Prezident İlham Əliyev qeyd edib ki, hazırda dünya miqyasında Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri yoxdur.

İkitərəfli əsasda strateji müttəfiqlik səviyyəsində olan əlaqələrin üçtərəfli platformalarda da inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu xüsusda, Azərbaycan-Özbəkistan-Türkiyə və Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini qeyd edib.

Suriyada Bəşar əl-Əsəd hökumətinin süqutundan sonra yaranmış humanitar problemlərlə əlaqədar olaraq Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı göndərib.

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ötən il dekabrın 29-da Dəməşqdə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşündə bildirib ki, 12 illik fasilədən sonra çox yaxın zamanda bu ölkənin Suriyada səfirliyi fəaliyyətini bərpa edəcək.

Tərəflər Azərbaycan və Suriya arasında uzun müddətdir mövcud olmayan münasibətlərdə əməkdaşlıq və dostluğun hədəfləndiyi yeni səhifənin açılmasında həmfikir olduqlarını qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.