Əvvəllər bir çox beynəlxalq sənədlərə Çin imza atmazdı, indi isə imzalamyan ABŞ-dır
18-02-2025, 11:38

Əvvəllər insan hüquqları ilə bağlı, ümummiyyətlə hansısa bir mübahisəli məsələ ilə beynəlxalq müzakirələrdə hamı yekun sənədi imzalayardı, Çin, Rusiya və s. ölkələr isə yekun sənədlərə imza atmazdı.
On illərdi ki, bu ənənə davam edirdi.
Baxıram ki, indi situasiya dəyişib .
İndi də hamı imzalayır, amma imzadan imtina edən ABŞ-dır. Vəziyyəti dəyişən də süni intellekt olub.
Ötən həftə Parisdə Süni İntellektlə bağlı Sammitdə süni intellektin inkişafında gözlənilməsi vacib olan prinsiplərlə bağlı yekun sənəd də imzalanıb.
Yekun bəyannaməni 58 ölkə imzalayıb. Ancaq ABŞ və Böyük Britaniya yekun bəyannaməni imzalamaqdan imtina ediblər.
Maraqlıdır ki, hər iki ölkə süni intellektdə dünya liderliyinə iddialıdırlar.
Sammitdə iştiurak edən, öz çıxışları ilə bütün Avropa siyasətçilərinə meydan oxuyan ABŞ vitse-prezidenti Cey Di Vens yekun bəyannamədə süni intellektin tənzimlənməsinə ifrat mühafizəkar yanaşmalar sərgilənməsini, belə bir tənzimləmənin isə ABŞ şirkətlərinin süni intellekt sahəsindəki fəaliyyətinə mane olacağını bildirib. Və sənədi imzalamayıb. Güman ki, ABŞ Çinin bu sahədə çox irəli getməyini artıq gözaltına alıb.
Xatırladıram ki ötən il Avropa Parlamenti dünyada süni intellekt texnologiyalarından istifadəni tənzimləyən ilk qanunu təsdiqləyib.
Hazırda Avropa şirkətləri də bu cür yanaşmaların, ifrat tənzimləmənin rəqabətədavamlılğa mənfi təsir göstərəcəyini bildirirlər.
Maraqlıdır ki, Çin lideri çıxışında süni intellektin insan hüquqlarına və etik prinsiplərə, təhlükəsizlik prinsiplərinə uyğun şəkildə inkişaf etdirilməsinin vacibliyini, bu istiqamətdə qərarlarının şəffaf olması və istifadəçilər üçün anlaşıqlı olmasının vacibliyini vurğulayıb.
Dünya öz ənənəvi oxundan çıxıb
Osman Gunduz
TEREF