Dövlətə 5 milyon borcu olan məmur kimdir – Eldar Əzizov qovdu, hamisi qaytardı…

Bu gün, 16:29           
Dövlətə 5 milyon borcu olan məmur kimdir –
Bakı Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.
Xəbəri yayan 32gun.az saytıdır. Məlumat verilib ki, idarənin vergi borcu 5 milyon manata yaxınlaşır (4777743.37 AZN).

O da xatırladılıb ki, 2018-ci ildə Binəqədi rayon icra başçısı Elxan Allahverdiyevin əmri ilə Elmin Zamanov idarənin rəhbəri təyin edilib. O, 7 ildir ki, MKTB-nin rəisi vəzifəsini daşıyır. Lakin bu illər ərzində fəaliyyəti nədən ibarət olubsa, yekunda vergi borcu 5 milyona çatmaqdadır.
Tribunainfo.az bildirir ki, internet resurslarında Elmin Zamanov barəsində məhdud xəbərlər var. Əvvəla, bəzi tanınmayan portallarda onun haqqında bəsit tərif yazılarına rast gəlmək olar. Amma onun xidmətinin harası tərifəlayiq olubsa, vergi borcu kəllə-çarxa yüksəlib. Qaynarinfo-nun iki il əvvəlki məlumatına görə, Zamanov Elmin Elbəyi oğlu barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 555.1 maddəsi ilə protokol tərtib olunub. O, iş yerində baş verən bədbəxt hadisəni gizlətməkdə ittiham edilib. Ötən il isə BŞİH apardığı araşdırma müddətində onu vəzifədən kənarlaşdırıb. Sonra yenidən işinə qayıdıb. Ayrıca o da deyilir ki, Binəqədi İH rəhbəri rayonda bəzi tikintilərə icazə verilməsi üçün qeyri-rəsmi.
danışıqlarda onun iştirakına şərait yaradır. Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.