Paşinyan belə bir əmr vermək istəmirsə, demək daşnaklardan elə böyük fərqi yoxdur.

24-04-2025, 09:28           
Paşinyan  belə bir əmr vermək istəmirsə, demək daşnaklardan elə böyük fərqi yoxdur.
Daşnaklar “ənənəyə” sadiq qalaraq yenə İrəvanın mərkəzində Azərbaycanın və Türkiyənin bayraqlarını yandırıblar və bu vandalizm aktı sosial şəbəkələrdə geniş yayılıb.
Ermənistan Azərbaycanla sülh sazişi imzalananadan sonra da İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırılacaqsa, sülh kağız üzərində qalacaq.
Bu necə sülh olacaq ki, sülh istədiyin ölkələrin bayraqları mərkəzi meydanda yandırılacaq və polis buna seyrçi qalacaq. Baş nazir Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə sülh və əməkdaşlıq istəyirsə, radikal qüvvələrin bayraq yandırılmasının qarşısını almalıdır. O polisə belə bir əmr vermək istəmirsə, demək daşnaklardan elə böyük fərqi yoxdur.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru