Gülarə Verdiyevanın GİZLİ PLANI... - İLGİNC İDDİALAR
Bu gün, 07:14

8 aya yaxındır ki, icra başçısı postu boş qalan Nəsimi rayonu əslində bu gün əsl XARABALIĞI XATIRLADIR... Bunu elə yerli KİV-də günü-gündən ictimailəşən neqativ xarakterli faktlardan da sezmək mümkündür. Hər halda, hər biri Nəsimi rayonuna aid olan bu faktlar icra başçısı postu boş qalmış Nəsimi rayonu ilə bağlı ictimai rəydə müsbət təəssürat yaratmır...
"DİA-AZ" xatırladır ki, elə keçən günlərdə sözügedən rayon ərazisində yaşıllığın vəhşicəsinə məhv edilməsi ölkə mediasında böyük rezonans doğurdu. Amma təbii ki məhz BAŞÇININ olmaması səbəbindən bu fakt sanki ört-basdır edilmiş kimi göründü... Əslində isə reallıq tamam başqadır...
Bu barədə "DİA-AZ"a danışan mənbə iddia edir ki, hazırda Nəsimi rayonundan sorumlu icra hakimiyyəti başçısının birinci müavini vəzifəsini tutan Gülarə Verdiyevadır. Mənbə bildirir:
"Gülarə Verdiyeva həm rayona başçı gəlmək istəyir, həm də keçmiş başçının əvəzindən rayonu rəsmən talamaqla məşğuldur. Bu gün Bakının yeganə rayonu bəlkə də Nəsimidir ki orda ağlasığmaz qanunsuzluqlar baş verməkdədir. Hətta Bakı meriyası belə bu işi durdura bilmir. Çünki bütün eybəcərliklər yenə də köhnə başıya - hazırda deputat kürsüsündə oturan Asif Əsgərova söykənməkdədir. Məhz ona güvənən Gülarə Verdiyeva Nəsimini təkcə talamır... həm də növbəti başçı olmaq niyyətindədir...."
Qeyd edək ki, bu barədə danışan mənbəmiz çox ilginc faktları ictimailəşdirib. Bu barədə növbəti yazıda... Bizi izləməyə davam edin...