TƏBİB-in çətiri altında SAXTA TENDERLƏR - İŞƏ DÖVLƏT QARIŞASI OLDU...

Bu gün, 10:28           
TƏBİB-in çətiri altında SAXTA TENDERLƏR - İŞƏ DÖVLƏT QARIŞASI OLDU...
Ölkənin bir neçə səhiyyə müəssisəsi tərəfindən elan olunan tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satınalınması üzrə tenderlər nəzarət orqanının qərarı ilə ləğv edilib.

"DİA-AZ" xəbər verir ki, ləğv olunan tenderlər arasında "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" PHŞ, "Masallı Rayon Mərkəzi Xəstəxanası" PHŞ və "Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi" PHŞ-yə məxsus müsabiqələr yer alır.

Qəbələ Rayon Mərkəzi Xəstəxanası tərəfindən elan olunan tenderin ehtimal olunan məbləği 76.095,62 AZN idi. Müsabiqə 17 fevral 2025-ci il, saat 15:35-də dərc olunmuş, təkliflərin son təqdimat və zərflərin açılış tarixi isə 12 mart 2025-ci il, saat 16:00 olaraq göstərilmişdi.

Masallı Rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən tenderin ehtimal olunan dəyəri 117.790,00 AZN olub. Bu tender 19 fevral 2025-ci il, saat 17:11-də dərc edilib, təkliflərin qəbulu və açılışı 14 mart 2025-ci il, saat 10:00-da baş tutmalı idi.

Digər ləğv olunan tender isə Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi tərəfindən elan edilib. Bu müsabiqənin ehtimal olunan qiyməti 31.517,35 AZN təşkil edirdi. Tender 18 fevral 2025-ci il, saat 14:58-də dərc olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı 12 mart 2025-ci il, saat 15:00-da planlaşdırılmışdı.

Bütün bu tenderlərin ləğv səbəbi kimi nəzarət orqanının qərarı göstərilib. Ləğv qərarının detalları açıqlanmasa da, ard-arda baş verən bu qərarlar diqqət çəkir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.