Pezeşkian və Netanyahu Bakıya niyə gəlirlər? - Pərdəarxası

Bu gün, 11:56           
Pezeşkian və Netanyahu Bakıya niyə gəlirlər? - Pərdəarxası
Aprelin 28-də İran Prezidenti Məsud Pezeşkianın Bakıya gələcəyi dəqiqdir. İranın keçmiş prezidenti İbrahim Rəisinin Azərbaycana səfərində mühüm sənədlər imzalanmışdı. Bu dəfə Pezeşkian böyük heyətlə gəlir və həm əvvəlki razılaşmaların icrası, həm yeni anlaşmaların imzalanması baxımdan mühüm səfərdir. Səfəri maraqlı edən məqam bölgədə proseslərin ən kövrək dövründə olmasıdır. Çünki Tehran ətrafında halqa daralır və bu ölkənin indi alternativ nəqliyyat dəhlizlərinə ehtiyacı birə beş artır.
Azərbaycan isə Şimal-Cənub, Araz dəhlizləri ilə İran üçün mühüm nəfəslik ola bilər. 110 nəfərdən ibarət iş adamı və investorun gəlişi də onun müjdəçisidir ki, olduqca vacib ticari, investisiya layihələri müzakirə ediləcək.
Anaxeber.com məlumat verir ki, ikitərəfli münasibətlərin inkişafı barədə məsələlərlə yanaşı, regional mövzular da müzakirə ediləcək. Ələxüsus da İsrail. Məlumdur ki, Bakı Türkiyə və İsrail nümayəndələrini görüşdürdü. Eyni vasitəçiliyi İsraillə İran arasında da edə bilər. Azərbaycan regionda dayanıqlı sabitlikdə maraqlıdır. Bölgə yalnız bu halda təhlükəsiz ola bilər və inkişaf edər. Maraqlıdır ki, Pezeşkianın səfəri ərəfəsində "İsrael Hayom" nəşri xəbər yaydı - yəhudi baş nazir Benyamin Netanyahu tezliklə Azərbaycana səfər edəcək. Səfərin tarixi açıqlanmasa da, tezliklə baş tutacağı bildirilir. Hər iki ölkənin rəsmiləri hər hansı məlumat olmadığını açıqlayıb. Ancaq niyə də belə bir səfər olmasın?!
Bakı İran və İsrail rəhbərlərinə qonaqpərvərliyi göstərməyə hazırdır. Eyni zamanda, Tehranla Tel-əviv arasında vasitəçi rolu oynaya bilər.
Görünən odur ki, Azərbaycan regional oyunçu statusu almağa başlayır. Netanyahu İranın vurulmasını istəyən hökumət başçısıdır, lakin ABŞ buna razı deyil. Trampın Əliyevə son məktubunda isə Azərbaycanın İsraillə dostluğu xüsusi vurğulanır. Ona görə də Netanyahu Azərbaycana gəldikdə İranla bağlı daşı ətəyindən tökməsinə razı sala bilərik. Təbii ki, onunla müzakirə ediləcək çox mövzu var - ikitərəfli əlaqələr, Türkiyə və Suriya, "İbrahim sazişləri".

Beləliklə, Bakı iki düşmən tərəfi qəbul edir - Pezeşkian və Netanyahu.



Azər Talıbov
Anaxeber.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.