Tarixçi alim həyəcan siqnalı verir: "Min illk bir dövrü 3-4 dərsə neçə keçmək olar?"

31-10-2016, 09:23           
Tarixçi alim həyəcan siqnalı verir: "Min illk bir dövrü 3-4 dərsə neçə keçmək olar?"
Orta məktəb dərslikləri ilə bağlı gedən müzakirələrə biz-Bütöv Azərbaycan Ocaqları (BAO) qoşuluruq. Biz bu barədə dəfələrlə SOS siqnalı vermişik. Amma buna baxan yoxdur. Orta məktəb dərsliklərində olan bərbad vəziyyət kimsəni narahat etmir. Soaisı şəbəkələrdə təqdim olunan nümunələr bizim Təhsil nazirliyi tərəfindən oxunurmu? Bu dərsliklər hansı prinsip əsasında və necə yazılır? Onları yazanları kimlər müəyyənləşdirir? Biz, Bütöv Azərbaycan Ocaqları olaraq təhsil nazirliyindən buna açıqlama istəyirik. Dərdlərimiz bununla bitirmi? Əlbəttə, yox! Bizim Ali təhsil ocaqlarında nələr baş verir? Misal üçün tarix sahəsində... İldən-ilə saatlar azaldılır. Bunları kimlər edir? Min illk bir dövrü 3-4 dərsə neçə keçmək olar? “Azərbaycan tarixi” saatları niyə qısaldılır? Bəlkə bununla multikulturalizmə xidmət edirlər? Həmin Ali məktəblərdə “Türk tarixi” hələ də “Altay nəzəriyyə”si əsasında keçilir. 25 ildir ki, müstəqilik. Hələ də tarix sahəsində vahid bir konsepsiya yoxdur. Buna görə də tariximizim üzərinə hücuma keçirlər. Qardaş Türkiyəyə gedəndə onları qınayırıq ki, siz yazırsınız ki, XI əsrdən sonra türklər Anadoluya gəlmişlər. İşiniz-gücünüz yalnız Osmanlı tarixini və Cümhuriyyət tarixini araşdırmaqdır. Bəs ondan qabaq Anadoluda türk izi yoxdurmu? Cavab vermirlər. Bizdə də yapışıblar saxta “Altay” nəzəriyyəsindən əl çəkmirlər. Canım, bu Altaylara köç Ön Asiyadan başlamışdır. Azərbaycan tarixən Türk yurdudur. Bizdə hələ də dərsi belə keçirlər: Azərbaycanlıların etnogenesizi..... Bu nə deməkdir? Biz tarixən burada yaşamışıq. Hansı etnogenezisdən söhbət gedə bilər? Bu gün Avropa genetikləri, konkret desək italyan genetikləri müəyyən etdilər ki, türklər Xəzər sahillərindən bütün dünyaya yayılmışlar. Biz isə hələ də əksini yazırıq və dərsləri keçirik. Dəhşətdir, doğrusu....
Biz Bütöv Azərbaycan Ocaqları olaraq bu məsələnin həllinin yolunu Respublika müşavirəsində görürük. Bu məsələ öz həllni tapmalı və vahid bir proqram qəbul edilməlidir. Bu mənada arxeoloqlar, antropoloqlar, genetiklər və s. dəvət olunmalıdır. Eləcə də dərsliklərimiz müzakirə olunmalıdır. Əks halda, bu gün bizə qarşı aparılan elmi təcavüz daha da sərtləşəcəkdir. Unutmayaq ki, Türk dünyasının Atayurdu Azərbaycan əraziləridir! Bu ərazilərdən Türk izini silməklə, bütün Türk dünyasının tarixini öz istədiyin kimi yaza bilərsən. Bu gün susuruqsa, demək bizə artıq təsi edə biliblər. Çünki orta məktəb rəhbərlərinin birinin də dilindən nəsə eşitmirik. O cümlədən Ali məktəb müəllimləri də susurlar. Amma multikulturalizmdən bir konfrans keçiriləndə çıxış etmək üçün bir-birlərini didirlər. Təbii ki, kiməsə xoş gəlmək üçün edirlər. Biz BAO olaraq üzümüzü milli tarixmizin fədakar insanalarına, dərliklərimiz üçün həyacan təbili çalan müəllimlərə tuturuq ki, bu məsələdə bizə dəstəkçi olsunlar və bu məsələlərlə bağlı Respublika müşavirəsinin çağırılmasına nail olaq!!!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.