İsrailin bir hücumda məhv etdiyi İran generallarının TAM siyahısı
Dünən, 11:27

İsrailin bir hücumda məhv etdiyi İran generallarının siyahısı
• Qulaməli Rəşid - SEPAH generalı;
• Sərdar Məhəmməd Hüseyn Bağeri - İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi;
• Əmir Musəvi -İran Ordusunun Ali Baş Komandanı;
• Əmir Şəhram İrani - Hərbi Dəniz Qüvvələrinin komandanı;
• Əli Rza Purdastan - Quru Qoşunlarının Komandanı;
• Kiomars Heydəri -Quru Qoşunlarının Komandanı;
• Nəsirzadə- Hərbi Hava Qüvvələrinin komandanı;
• Hüseyn Səlami - İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı;
• Məhəmməd Pakpur - SEPAH Quru Qoşunlarının Komandanı;
• Əli Rza Təngsiri – SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı;
• Əhməd Əli Hacızadə - SEPAH Aerokosmik Qüvvələrin komandanı;
• İsmail Qaani - SEPAH Qüds Qüvvələrinin komandanı;
• Əli Rza Süleymani - Bəsic komandanı.
Göründüyü kimi, İsrail demək olar ki, İran ordusunu başsız qoyub. Öldürülən generalların hər biri ən yüksək təhlükəsizlik tədbirləri ilə qorunan şəxslər idi. Belə çıxır ki, İsrail istəsəydi, İran dini lideri Xameneini də aradan götürərdi. Amma buna lüzum görməyib. Sizcə, bunun səbəbi nə ola bilər?
Yəqin ki, “dini liderin digər generallardan daha yaxşı qoruması” deməyəcəksiniz. Dini lideri də qoruyan məhz həmin generallar idi və əgər İsrail o generallara ulaşa bilibdirsə, məntiqlə Xamenei həzrətləri də onun üçün əlçatmaz, ünyetməz deyildi. Məncə, Xameneinin hələlik salamat buraxılması bir amillə izah oluna bilər: İsrail bu adamı İran xalqının əli ilə əbədi istirahətə göndərmək istəyir. Necə ki, Liviya lideri Qəddafi yerli xalq kütlələrinin vasitəsilə o dünyaya səyahətə göndərildi.
Heydər Oğuz
TEREF