Vəhhabilərə maddi dəstək verən "Qaçqınkom" yetkiisi kimdir ?

23-06-2015, 16:27           
Vəhhabilərə maddi dəstək verən "Qaçqınkom" yetkiisi kimdir  ?
Qafqaz Xəbər Agentliyi olaraq ötən sayımızda dərc etdiyimiz “Fərhad Təhməzovun “çirkli pullarını qardaşları yuyur” başlıqlı yazıda Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunda baş verən qanunsuzluqlardan bəhs edirdik. Daha dəqiq desək, məqalədə Fondun keçmiş sədri, millət vəkili Ayaz Orucovun yerinə təyin olunan Fərhad Təhməzovun işdə heç bir müsbət dəyişikliyə nail olmaması xüsusi qeyd olunurdu. Yeni sədrin təyinatından 2 il keçsə də heç nə dəyişməyib. Əksinə dövlətin ayırdığı milyonlarla vəsait Fərhad Təhməzovun əli ilə şəxsi ciblərə axır. Tikilən binalara ayrılan vəsaitin demək olar ki, yarıdan çoxu mənimsənilir. Fərhad Təhməzov özü məmur olduğu üçün mənimsədiyi milyonları qardaşlarının vasitəsilə özəl sahəyə yönəldir. Belə demək mükündürsə, “çirkli pulları” qardaşlarının vasitəsilə “təmizləyir”. Beləki qardaşların biri Ataş Təhməzov tikinti sahəsində, digər qardaş Qoşqar Təhməzov isə səhiyyə sahəsində kommersiya fəaliyyətini davam etdirir. Məqalədə qeyd olunurdu ki, Xətai rayonu, 17 c, 1188- ci məhəllədə yerləşən Medeks Hospital-ın əsl sahibi Fərhad Təhməzovdur. Ancaq klinikaya onun qardaşı Qoşqar Təhməzov nəzarət edir. Fərhad Təhməzovun digər qardaşı Ataş Təhməzov isə tikinti layihələrinə rəhbərlik edir.

Bu gün Qafqaz Xəbər Agentliyinə qardaşlarla bağlı maraqlı məlumat daxil olub. Daxil olan məlumata görə, Fərhad Təhməzovun qardaşı Qoşqar Təhməzov “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun yaxın dostudur və biznes şərikidir. Qardaşlar son iki ildə Ramazan ayında Hacı Qamətin iftar süfrələrinin əziz qonaqları olurlar. Məlumata görə, Qoşqar Təhməzov Hacı Qamətin Ərəbistandakı əlaqələrindən istifadə edərək qardaşı Fərhad Təhməzovun “Qaçqınkom”dakı bir neçə layihəsini həyata keçirib. Araşdırmamız davam edir, bizi izləyin.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.