Bu gün Azərbaycanda ordu günüdür!!

26-06-2015, 10:49           
Bu gün Azərbaycanda ordu günüdür!!
Bu gün Azərbaycanda ordu günüdür. Ordumuzu yada salsallarda onu quranlar, ilk qaranquşlar nədənsə yaddan çıxıb. Mən bu gün ordunun təməlində dayanan, ordunun ilk əskərlərini və ilk silahlarını əldə edib əskərlərimizi silahlandıran Respublika Müdafiə Şurasını, Azərbaycan Xalq Cəbhəsinin könüllü batalyonlarının üzvlərini, bütün yerli özünü müdafiə batalyonlarınınüzvlərini, Azərbaycan Ordusunun ilk hərbi hissəsi olan 701- ci briqadanın heyətini təbrik edirəm. Mən Azərbaycan ordusunun birinci günündən əzmlə vuruşan bütün veteran və qazilərini təbrik edirəm. Mən ordu günü münasibəti ilə düşmənin ilk zərbəsini öz üzərinə götürmüş OMON- un və Bələdiyyə Polisinin, Daxili Qoşunların, Prezident Qvardiyasının bütün qəhrəman heyətini təbriuk edirəm
Mən komandanlığımda olan döyüş təcrübəsi alandan və özlərini göstərəndən sonra MO, DQ, SQ, BP, HDQ, PQ, DTK-nın xüsusi təyınatlı dəstəsinə göndərişimlə geçirdilən və ordada adlarını dastanlar yazdıran bütün "Boz Qurd" batalyonunun heyətini təbrik edirəm!
Bütün qazi, veteran qardaşlarımı təbrik edirəm! Azərbaycan xalqını təbrik edirəm!
Allah şəhidlərimizə rəhmət eləsin
Qazi və vetan qardaşlarım Tanrım birdə bizə Azərbaycan əskərinin formasını geyinərək müqəddəs Qarabağ torpağına girmək, Şuşa qalasında, sərhədlərimizdə Azərbaycan bayrağını dikəltmək qismət eləsin!!~
Bayramın mübarək Azərbaycan Xalqı!
Nurəddin Xoca












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.