ETSN-in kollegiya üzvləri təsdiqlənib - SİYAHI

12-04-2017, 10:15           
ETSN-in kollegiya üzvləri təsdiqlənib - SİYAHI
Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib.
“Report”un xəbərinə görə, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərar əsasən, kollegiyanın üzvləri aşağıdakı qaydada təsdiqlənib:
Əliyev Firdovsi Şahmirzə oğlu - ekologiya və təbii sərvətlər nazirinin müavini
Quliyev Novruz Məhəmməd oğlu - ekologiya və təbii sərvətlər nazirinin müavini
Hacıyev Rauf Vahid oğlu – ekologiya və təbii sərvətlər nazirinin müavini
Yaqubov Hafiz Siyavuş oğlu - Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri
Cəlilov Rövşən Adil oğlu - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının rəhbəri
Səttar-zadə Rasim İsrafil oğlu - Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri
Hüseynov Xalıqverdi Cəmil oğlu - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru
Ramazanov Xəlil Ramazan oğlu - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru
Aslanov Azər Hidayət oğlu - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi
Əşrəfov Ramik Yunis oğlu - “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin sədri”.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, kollegiyanın sədri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru