Cavid Qurbanov dəmiryolunda qəzadan sonra sərt cəza tədbirlərinə əl atdı

28-07-2015, 13:51           
Cavid Qurbanov dəmiryolunda qəzadan sonra sərt cəza tədbirlərinə əl atdı
“Azərbaycan Dəmir Yolları” QSC-nin “Keşlə” stansiyasında qatarın relsdən çıxması ilə əlaqədar iki nəfərə çinayət işinin açıldığı və stansiya rəisinin müavinin də işdən çıxarıldığı bildirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nın mətbuat katibi Nadir Əzməmmədov AzVision.az-a bildirib ki, hazırda sözügedən qəza ilə bağlı araşdırma aparılır: “Hadisə ilə bağlı hələki heç kimə cinayət işi açılmayıb. Qəzanın hansı səbəbdən baş verməsi araşdırılır. Yalnız səbəblər bəlli olandan sonra bu haqda danışmaq mümkün olacaq”.

Qeyd edək ki, iyulun 21-də Balakəndən Bakıya gələn 656-664/655-663 saylı Bakı-Köçərli-Balakən-Bakı sərnişin qatarı böyük bir faciənin astanasından dönüb. Qatar səhər saat 7 radələrində "Keşlə" stansiyasına təxminən 50 metr qalmış relsdən çıxıb. Qatar aşma təhlükəsi ilə üzləşib. Sərnişinlər dərhal evakuasiya olunub. İlkin ehtimala görə, hadisəyə səbəb maşinistin sürət həddini aşması və ehtiyatsızlığı olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.