"Kapital Bank"dan reaksiya

20-08-2015, 11:22           
"Kapital Bank"dan reaksiya
Bu gün teref.az xəbər portalında Kapital Bankla bağlı yazılanlar http://teref.az/manset/7522-gence-texnologiya-universitetinin-rektoru-milyonlarla-yeyinti-ittihamindan-chanini-qurtardi.html həqiqətdən uzaq və qərəzlidir. Yazıda dəqiqləşdirilməmiş məlumatların yer alması və qarşı tərəfin mövqeyinin öyrənilməməsi peşəkar jurnalistika prinsiplərinə ziddir.Yazılanların oxucular tərəfindən yanlış anlaşılmaması üçün xahiş edirik bankın məsələyə olan münasibətini dərc edəsiniz.



Kapital Bankın məsələyə münasibəti



Azərbaycan Texnologiya Universitetində ödənişli əsaslarla təhsil alan tələbələrə müəyyən şəxs tərəfindən Kapital Bank adından saxta arayışların hazırlanaraq təqdim edilməsinə görə Kapital Bank heç bir məsuliyyət daşımır.



Arayışlarla bağlı nəzərinizə çatdırırıq ki, Kapital Bankın 89 rayon və şəhər filialının hər birində müştərilərə ödənişin həyata keçirildiyini sübut edən təsdiqedici sənəd verilir və ödəniş haqqında məlumatlar yenidən lazım olduğu halda, sənəd təkrarən təqdim edilə bilər.

Bu işlə əlaqədar Kapital Bankın Gəncə filialında daxili araşdırma aparılıb və heç bir qanun pozuntusu qeydə alınmayıb. Fəaliyyətində şəffaflığı əsas prinsip kimi rəhbər tutan Kapital Bank, adının bu işdə hallanmasını qəti şəkildə yolverilməz hesab edir.


Hörmətlə,

Vüsal Əzizov
Marketinq Departamenti
İctimaiyyətlə əlaqələr şöbəsi
Baş mütəxəssis












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru