Bakının rayonlarının icra başçıları yalan danışır?

20-08-2015, 16:30           
Bakının rayonlarının icra başçıları yalan danışır?
Binəqədi rayonu ərazisində keyfiyyətsiz üzlük səbəbiylə baş verən dəhşətli yanğından sonra ölkə başçısı İlham Əliyevin göstərişilə yaradılan komissiya həmin üzlüklərin sökülməsi barədə qərar verdi.

Bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Modern.az saytına açıqlamasında poliüretan üzlüklü binaların üzlüyünün tamamilə söküldüyü, təbii boya və müxtəlif növ daşlarla əvəzləndiyini açıqlamışdı. Lakin şəhərdəki binalara nəzər salanda heç də bütün binaların üzlüklərinin sökülmədiyinin şahidi olduq.

Əlaqə saxladığımız Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi məsələlər şöbəsinin müdiri Kamran İsmayılovModern.az-a bildirib ki, ərazidə cəmi 14 bina poliüretan materialla üzlənmişdi ki, onların da hamısı sökülərək rənglənib.

Yasamal Rayon İcra Hakimiyyətinin səlahiyyətliləri də rayon ərazisində olan bütün keyfiyyətsiz üzlüklərin söküldüyünü deyib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova saytımıza tapşırığa uyğun şəkildə üzlüklərin sökülməsi nəzərdə tutulan bütün binalarda söküntünün icra olunduğunu açıqlayıb.

Əlaqə saxladığımız bir çox yerli icra hakimiyyəti strukturlarında isə ya dəstəyi götürən olmadı, ya da məsələdən xəbərsiz olduqlarını bildirdilər.

Modern.az saytının araşdırmalarından isə məlum oldu ki, Bakının əksər rayonlarında belə üzlüklü binalar var və hələ də sökülməyib.

İcra Hakimiyyətləri isə yanlış məlumat verməklə əslində özlərini zərbə altına qoyurlar.

Çünki bu, elə bir məsələdir ki, insanlardan gizli saxlamaq mümkün deyil. İkincisi isə həmin binaların üzlüklərinin sökülməsi ilə bağlı ciddi tapşırıqlar var.

Şübhə yoxdur ki, tapşırığa əməl etməyənlər ciddi şəkildə cəzalandırılacaqlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.