Maşını yol polisinin üstünə sürdülər - Tovuzda reyd VİDEO

22-08-2015, 12:41           
Maşını yol polisinin üstünə sürdülər - Tovuzda reyd VİDEO
3 saata 100 sürücü saxlanıldı.

Tovuz polisi rayonda reyd keçirib. 3 saatlıq yoxlamalar zamanı 100-dən çox avtomobil saxlanılıb.

Reyd zamanı avtomobillərdə qanunla qadağan edilən səs gücləndiricilərdən tutmuş, sürücülük vəsiqəsi olmadan sərnişin daşıyanlara da rast gəlinib. Cərimə edilənlər arasında avtomobilin nəinki arxa və yan, hətta ön şüşəsi tünd rəngdə olanlar da tapılıb. Sürücülük vəsiqəsi olmayan, nəqliyyat vasitəsində ayaq üstə sərnişin daşıyanlar da üzə çıxıb.

Tovuzun dağ kəndlərindən istirahətdən qayıdan sürücülər arasında isə sərxoşlar da olub. Baxmayaraq ki, onlar özlərini sərxoş hesab etmirlər. Buna görə də bəziləri heç polisin saxla əmrinə tabe olmağı da lazım bilməyib. Bütün qanun pozuntuları halları ilə bağlı protokollar tərtib edilib. Amma bu, hələ son deyil. Yol polisi bildirir ki, reydlər davam etdiriləcək. (Region TV)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru