23 Avqust Azərbaycan tarixinin qara səhifələrindən biridir bu gün Cəbrayılın işğalından 22 il keçir. Bu gün sosial şəbəkələrdə yaradılan "Cəbrayılım" qurupunun təşkilatçılığı ilə Şəhidlər Xiyabanında anım tədbiri keçirilmişdi. İctimaiyyətin bir çox nümayəndələrinin əhatə etdiyi anım mərasimində 200 nəfər iştirak etmişdir. Şəhidlər abidə kompleksinin önünə rayon ziyalıları və gəncləri adından əkil qoyulmuş,şəhidlərin ruhuna fatihə oxunmuşdu. Ziyarətdən sonra tanınmış vəkil Adəm Məmmədov,Qarabağ müharibəsi veteranı Vaqif Əlisoy,gənc tarixçi Məhəmməd Məcidli çıxış etmiş Qarabağ problemi,Cəbrayılın işğalı ilə bağlı ətraflı məlumat vermişlər. Tədbir dövlət himnin oxunması ilə başa çatmışdı.