Döyüşçü od püskürdü: “Fərman Məmmədov şəhidin, əlilin haqqını yeyib, məhkəmədə görüşəcəyik”
24-08-2015, 11:14
Uzun zamandır ki, sabiq Əfqanıstan Döyüşçüləri Birliyi və sabiq “Ədalət” Beynəlmiləlçi döyüşçülər şurasının sədri Fərman Məmmədov barədə mətbuatda yazılar dərc olunur.
Həmin yazılarda Fərman Məmmədovun hələ Azərbaycanın birinci prezidenti Ayaz MÜtəllibovun dövründən üzü bu yana döyüşçülərin adından istifadə edərək dövlət tərəfindən onlara verilmiş müxtəlif gəlir gətirən obyektlərin özəlləşdirildiyi qeyd olunur.
Vaxtilə “Ədalət” Beynəlmiləlçi döyüşçülər şurasının sədr müavini olmuş, sonradan elə bu kimi səbəblərdən həmin təşkilatdan istefa verən Sərraf Orucov Fərman Məmmədov barədə xeyli faktlar danışıb.
O, qeyd edib ki, mətbuatda Fərman Məmmədovun külli miqdarda var sahibi olduğu bildirilir: “Döyüşçülər üçün maraqlıdır, o, bu vəsaiti hansı yolla əldə edib.
Təbii ki, biz kiminsə əziyyət müqabilində varlanmasının əleyhinə deyilik.
Ancaq Fərman Məmmədov bu pulları hardan qazandığını deyə bilməz.
Çünki vaxtilə döyüşçülərin adına dövlət tərəfindən verilən bütün əmlak onun tərəfindən özəlləşdirlib. Buna etiraz olaraq 20-dən artıq rayondan olan keçmış döyüşçülər onu məhkəməyə verməyə, öz pozulmuş hüquqlarının bərpa etməyə hazırlaşırlar.
Bir daha keçmıç döyüşçülər adından sormaq istəyirəm, axı Fərman Məmmədov sıravi bir şəxs olaraq bu qədər pul hardan alıb?
Mətbuatda da qeyd olunur ki, birinə 300 min, bir başqasına 200 minə yaxın pul verir.Ortada böyük məbləğlərin adı çəkilir. Əgər bu qədər böyük məbləğ əlində varsa, nəyə görə döyüşçülərə yardım göstərilmir?
Niyə bir döyüşçünün əməliyyatına, hüzr mərasiminə, bir şəhid ailəsinə yardım göstərilmir?”
Sərraf Orucov qeyd edib ki, vaxtilə Fərman Məmmədov təşkilat adını almış əfqan döyüşlərində həlak olmuş döyüşçülərə maddi və mənəvi yardım göstərmək adı altında idarə və təşkilatlara müraciət edərək Qaradağ rayonunda 2 daş karxanası açdı, karxananın açılmasında da məqsəd hər ay kəsilən daşlardan müəyyən qəfər əfqan döyüşçülərinə verilməsi idi: “Ondan əlavə də satılmış daşlardan əldə olunmuş pullar əfqan döyüşlərində yaralanmış şəxslərin müalicəsinə və Əfqanıstan-Qarabağ müharibəsində şəhid olmuş insanların ailələrinə sərf edilməli idi.
Amma çox təəsüflər ki, Fərman Məmmədov bunu öz şəxsi biznesinə çevirərək əldə olunan gəliri mənimsəyib.Müxtəlif yollara əl ataraq pul qazanmaqla məşğul olurdu.
Mən bu insanların inam və hörmətini qazandığım bir dövrdə Fərman Məmmədovəlil olmuş, yaralanmış, şəhid düşmüş soydaşlarımızın adından sui istifadə edərəkpul qazanmaqla məşğul idi.
Bundan əlavə, hətta vaxtılə əfqan döyüşlərində həlak olmuş şəxslərin ailələrinə kömək məqsədilə “Sahil” metrosu yaxınlığında, Azərbaycan Xalçaçılıq muzeyinin arxa tərəfində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 270 kv.m yer ayrıldı.
Fərman Məmmədov bizə məlumat verdi ki, bu ofisi əlimizdən alırlar, onu özəlləşdirmək lazımdır.Təşkilatın da o zaman maddi gəliri yox idi.
Fərman Məmmədov beləcə həmin yeri özəlləşdirdi. Bunu da belə izah etdi ki, özəlləşdirmə edilməsə həmin yer əldən çıxacaq.
Özəlləşdirmə zamanı da belə bir vəd verdi ki, orada əfqan döyüşçüləri üçün müəyyən yer ayrılaraq ofis-qərargah yaradılacaq.
Bu şərtlər daxilində ona həmin yeri öz adına özəlləşdirməsinə razılıq verdik.
Bina qəza vəziyyətində olduğundan həmin yerdə təzə bina tikildi və Fərman Məmmədov təşkilatın rəhbəri kimi varislik hüququndan istifadə edərək binanı tamamilə öz adına keçirdi.
2000-ci ildə bina tikilib başa çatdıqdan sonra verdiyi vədə xilaf çıxaraq orada əfqan döyüşçülərinə aid heç bir yer ayırmadı”.
Sərraf Orucov deyir ki, hazırda Fərman Məmmədov əfqan döyüşçüləri üçün ayrılmış ofisi təxminən aylıq 20 min manata icarəyə verərək pullar qazanır. “Əfqan döyüşçüləri isə özlərinə ofis tapa bilmirlər. Fərman Məmmədovdan soruşmaq lazımdır ki, 2000-ci ildən bəri hansı şəhid ailəsinə, əfqan döyüşlərində iştirak etmiş, yaralanmış və yaxud şəhid olmuş ailələrə yardım edib.
Şəhidin, əlilin, xəstənin ahı onu tutacaq.
Bunu insanlığa yaraşmayan bir hal kimi qiymətləndirirəm.Heç bir ölkədə belə bir halla rastlaşmamışam.
Hər ölkədə əfqan döyüşçüləri üçün abidələr ucaldılır, xüsusi qərargahlar, istirahət məkanları, klublar yaradılır.
Bizdə isə 7500-ə yaxın əfqan döyüşçüsü var.Əfqan döyüşçülərindən 219-u nəfər həlak olub, 450 nəfər əlildir.
Bundan əlavə də Qarabağ döyüşlərində əfqan döyüşçüləri yaxından iştirak edib. Döyüşçülərdən 50 nəfəri şəhid olub, 100-ə yaxın döyüşçü isə əlil olub. Onların əksəriyyəti Qarabağ müharibə veteranı, 7 nəfər isə Azərbaycanın Milli Qəhrəmanıdır.
Fərman Məmmədov bilməli idi ki, bu insanlar öz haqlarını nə vaxtsa tələb edəcəklər. İndi bu böyük qüvvə qarşısında Fərman Məmmədov yalnız bir yol seçə bilər: bütün təqsirini etiraf etmək və küçmiş döyüşçülərə çatacaq mal, mülkü onlara qaytarmaq.
Əks halda, o, məhkəmə qarşısında cavab verməli olacaq. Azərbauycan hüquqi dövlətdir, inanırıq ki, keçmış döyüşçülərin müraciəti Fərman Məmmədov kimi sui-istifadəçiləri ifşa edəcək”.
S.Orucov deyir ki, hələ 2000-ci ildə təşkilat iclas keçirərək Fərman Məmmədovu tutduğu vəzifədən uzaqlaşdırıb və bu barədə Ədliyyə Nazirliyinə sənədlərlə müraciət edilib: “Fərman Məmmədov qazanc mənbəyini itirmək istəmədiyindən verilən qərara qarşı çıxdı.Belə insanları azərbaycanlı adlandırmaq doğru deyil. Bu günhəmin döyüşçülərmüalicə üçün 100 manat tapa bilmədiyi halda, FərmanMəmmədov kimilər insanların mülklərini mənimsəyərək böyük məbləğlərdə pullar qazanır.
Hüquq mühafizə orqanlarına müraciət edirəm ki, bu məsələni araşdırsınlar. Öyrənsinlər görək dövlət işində çalışmayan, adına hər hansı bir obyekt olmayan bir şəxsdə bu qədər pul hardandı, bu qədər gəlir hardan əldə olunur?”
Qeyd edək ki, Sərraf Orucov Fərman Məmmədovla bağlı redaksiyamıza onlarla sənəd təqdim edib. Bu barədə gələn saylarımızda məlumat veriləcək.
Vaxtilə döyüşçülərə məxsus olmuş, indi isə Fərman Məmmədov tərəfindən özəlləşdirilən obyektlər.
Modern.az