Avropada ən çox uşaq pulu verən ölkələrin siyahısı

24-03-2018, 14:22           

Avropada ən çox uşaq pulu verən ölkələrin siyahısı məlum olub. AzEuroNews.com xəbər verir ki, siyahıya birinciliyi Almaniya Federal Dövləti edir. Belə ki, Almaniyada doğulan ilk uşağa görə dövlət 194 Avro aylıq yardım edir. Bu məbləğ ölkədə doğulan Alman və xarici uşaqlara verilir. Eyni zamanda onlar üçün “Ailə kassası” deyilən bir hesab açılır. İki uşağı Almaniyada doğulan bir cütülük üçün Almaniya birdəfəlik 3136 avro yardım edir.

Aylıq uşaq pulu yardımına görə siyahıda ikinci sırada Avstriya gəlir. Bu ölkə doğulan ilk uşağa 114 avro ilə 165 avro aylıq yardım edir. Bu ölkədə iki uşağı doğulan cütlüyə edilən birdəfəlik yardım isə, 3028 avrodur.

Üçüncü sırada 90 avro ilə Belçika gəlir. Bu ölkədə ilk doğulan uşağa verilən aylıq yardım 90 avro təşkil edir. İki doğulan uşağa görə isə, dövlət birdəfəlik 3028 avro yardım edir.

Dördüncü sırada ilk doğulan uşağa aylıq 66 avro ilə 94 avro arası yardım verən Hollandiya qərarlaşıb. Bu ölkədə iki uşağa görə verilən birdəfəlik yardım isə, 3195 avrodur.

Beşinci sırada ilk doğulan uşağa aylıq 18.50 avro ilə 40 avro arası yardım verən Rumıniya gəlir. Bu ölkədə doğulan iki uşağa görə verilən birdəfəlik yardım 501 avro təşkil edir.

Siyahıda sonrakı sıraları aylıq 39 avro ilə Macarıstan, 19 avro ilə Bolqarıstan, 6 avro ilə Yunanıstan bölüşür.

Avropa ölkələri sırasında ilk doğulan uşağa aylıq yardım verməyən ölkələr də var. Onlar, Polşa, Kipr, Çex Respublikası, Fransa, Slovakiya, İtaliya, Spaniya kimi Avropa ölkələridir. Bu ölkələr iki uşağı doğulan ailələrə yalnız birdəfəlik yardım edir.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda uşağın anadan olmasına görə yalnız 90 manat həcmində birdəfəlik yardım verilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.