Ziya Məmmədovun "son qalası" da sökülə bilər... - İDDİA

11-09-2018, 10:47           
Ziya Məmmədovun "son qalası" da sökülə bilər... - İDDİA
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğluna məxsus “Trump Tower” otelinin binasının sökülməsinə hazırlıq gedir. AzEuroNews.com xəbər verir ki, bir müddət əvvəl adı götürülən otelin binası istifadəsiz qalıb.

33 mərtəbəli yelkənəbənzər göydələnin sökülərək Yusif Səfərov küçəsinə yolun genişləndirilməsi nəzərdə tutulur. Bu göydələn strateji baxımdan uyğun olmayan yerdə tikilməsi nəqliyyatın hərəkətini məhdudlaşdırır.

Lakin o zamanlar Məmmədovların renesans dövrüydü, Anar Məmmədovun “Qarant holdinq”i milyonluq layihələri istədikləri ərazilərdə icra edirdilər.

ABŞ- prezidenti Donald Trump-ın şirkəti Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan etmişdi.

“Trump Organisation” şirkətinin icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini “ev təmizliyi” adlandırmışdı.

Bu binanın Azərbaycanda olan tərəfdaş şirkəti – təsisçisi “Qarant holdinq”dir.

Donald Trump haqqında “Örtüksüz Trump” adlı bioqrafiya kitabında müəlliflər Michael Kranish və Marc Fisher yazır ki, Donald Trump-ın ABŞ prezidentliyinə namizədliyi ilə bağlı maliyyə bəyannaməsində, 2014-cü ilin yanvar və 2015-ci ilin iyul ayları arasında “Qarant holdinq”lə müqavilə nəticəsində onun 2.5 milyon dollar aldığı məlum olub.

Ümumiyyətlə, göydələnin tikintisində Trampın şirkətinin investorluq etməsi haqda müfəssəl informasiyalar yoxdur və şübhələr var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru