Azərbaycanın məşhur şairinin yeznəsi həbs edilib

16-10-2015, 12:58           

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Səməd Sadıqov adlı şəxs dövlət banklarına olan külli miqdarda borcu ödəməkdən yayınmaq məqsədilə ölkəni tərk etmək istəyərkən sərhəddə saxlanılıb.

teref.az criminal.az-a istinadən xəbər verir ki, həmin şəxs Azərbaycanın tanınmış şairi Rüstəm Behrudinin yeznəsidir (bacısının həyat yoldaşı).

S.Sadıqov oktyabrın 11-də Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərərkən saxlanılıb.

O, həm də televiziya direktorudur. S.Sadıqov "CityTV" televiziyasının təsisçisi və direktorudur. Eyni zamanda "Powerful" şirkətinin Azərbaycan üzrə marketinq direktoru vəzifəsində çalışıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.