Moskvada rekord şaxtalar gözlənilir - Əhaliyə xəbərdarlıq edildi

18-02-2019, 07:59           
Moskvada rekord şaxtalar gözlənilir - Əhaliyə xəbərdarlıq edildi
Moskvada sabahdan başlayaraq, havanın temperaturu kəskin aşağı düşəcək.

Axar.az Rusiya mediasına istinadla xəbər verir ki, bu həftə şimal qonşumuzun paytaxtında 10 dərəcədən də çox şaxta olacağı gözlənilir.

Bu gecədən isə güclü külək proqnozu verilib. Saniyədə 22 metr əsəcək külək səbəbindən Moskva sakinlərinə xəbərdarlıq edilib və maşınları ağacların və reklam lövhələrinin altında saxlamamaq tövsiyə edilib.

Qeyd edək ki, bir neçə gün Moskvada havalar rekord həddə isti keçib. Bazar günü isə havanın hərarəti 5 dərəcəyə qədər qalxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru