Venesuelada hərbçilərlə nümayişçilər arasında toqquşma olub, ölənlər və yaralananlar var - FOTO

24-02-2019, 08:41           
Venesuelada hərbçilərlə nümayişçilər arasında toqquşma olub, ölənlər və yaralananlar var - FOTO
Venesuelanın Braziliya ilə sərhədində humanitar köməyi ölkəyə buraxmağı tələb edən nümayişçilərlə Venesuelanın Milli Qvardiyasının əməkdaşları arasında toqquşmalar nəticəsində iki nəfər ölüb, daha on səkkiz nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Venesuela Milli Məclisinin deputatı Larissa Qonzales bildirib.

O, qeyd edib ki, Braziliya ilə sərhəd yaxınlığında yerləşdirilmiş asayiş keşikçiləri Santa-Elena-de-Uayren şəhərində odlu silahdan atəş açıblar.

Daha əvvəl xəbər verilib ki, Braziliyadan humanitar kömək dolu birinci yük maşını Venesuelaya gəlib. Ancaq tezliklə Braziliyanın "Globo" telekanalı bildirib ki, yük maşınları Venesuela ərazisinə keçə bilməyib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru