Salyan və Hacıqabul Seçki Dairələrində monitorinq aparıldı
28-10-2015, 00:50
Medianın seçki monitorinqi layihəsi çərçivəsində teref.aznun əməkdaşları 58 saylı Hacıqabul - Kürdəmir və 59 saylı Salyan Seçki Dairələrində monitorinq keçirdiblər.
58 saylı Hacıqabul - Kürdəmir Seçki Dairəsində dairənin sədri Hacıyev Məhəmməd müəllimlə qarşılaşdıq.
Dairədə seçkiyə hazırlıqla bağlı son hazırlıqlar gedirdi. Qapıda bizi polis qarşıladı. Dairə sədrinin yanına yola saldı. Məhəmməd müəllim bületenlərin alındığı üçün dairədə polis postu qurulduğunu dedi. Dairə sədri MSK tərəfindən hər bir avadanlıqlarla tam təchiz olunduqlarını dedi. Seçkilərin təbliğat vasitələri, dairənin və məntəqələrin təzə avadanlıqları alınmışdır.
Məhəmməd müəllim seçkilərdə bütün namizədlərə təbliğat kompaniyası üçün eyni şərait yaradıldığını təsdiq etdi. Məhəmməd müəllim heç bir namizədin hələlik şikayət etmədiyini qeyd etdi.
Məntəqələrə baş çəkərkən məntəqələrdə veb kameralar quraşdırılmışdığının şahidi olduq..
59 saylı Salyan Dairə Seçki Komisiyasında olan əməkdaşlarımızı qapıda polis qarşıladı və dairə sədri Kərimov Səlamət müəllimin yanına apardı. Burada da bületenlər alındığı üçün dairədə polis postu qurulmuşdu.
Salamat müəllim qeyd etdi ki, 59 saylı Salyan Seçki Dairisinin ərazisində 40 seçki məntəqəsi var. Dairə seçki komisiyası məntəqələrin işinə tam nəzarət edir. 8 məntəqədə müşahidə kameraları quraşdırılmışdır. Bütün namizədlərin təşviqat kompaniyaları üçün eyni şərait yaradılmışdır. Dairə sədri MSK tərəfindən seçkilərə hazırlıq kompaniyası çərçivəsində dairənin və məntələrin təzə avadanlıqlarla təchiz edildiyini, bütün təbliğat vasitələri ilə təchiz edildiklərini qeyd etdi.
Əməkdaşlarımız Dairə Seçki Komisiyasından çıxaraq məntəqə seçki komisyalarında monitorinq aparıblar.
Məntəqələrdə seçki hazırlıqla bağlı qızğın iş getdiyinin şahidi olublar. Məntəqələrdə müşahidə kameraları quraşdırılmışdır.
Monitorinqi aparılan dairələrin 1 noyabrda keçiriləcək Milli Məclisə seçkilərə tam hazırdırlar.