Almaniyadan göndərilən məktub qorxu dolu anlar yaşatdı

27-06-2019, 07:33           
Almaniyadan göndərilən məktub qorxu dolu anlar yaşatdı
Almaniyadan Türkiyənin Nevşehir şəhər məhkəməsinə göndərilən məktub qorxu dolu anların yaşanmasına səbəb olub. AzEuroNews.com xəbər verir ki, göndərilən məktubu açan məhkəmə işçiləri sarı rəngli toz şəklində şübhəli bir maddə görüblər. Onlar dərhal polisə məlumat veriblər.

Əraziyə gələn polis və təcili yardım stansiyasının əməkdaşları 15 işçiyə xüsusi geyim geyindirərək binadan evakuasiya ediblər.

İçində sarı toz tərkibli maddə olan zərf isə, yoxlanılması üçün xüsusi laboratoriyaya göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru