Bakıda aksiya: Polis maaşını tələb edən 200-dək fəhlənin qarşısını kəsib

17-11-2015, 15:36           
Bakıda aksiya: Polis maaşını tələb edən 200-dək fəhlənin qarşısını kəsib
Virtualaz.org saytının hazırda aksiya məkanında – “Azərinşaat” şirkətinin inzibati binasının həyətində olan müxbiri xəbər verir ki, 200-dək fəhlə toplaşaraq etirazlarını davam etdirir.
Polis şirkətin binasının qapısı ağzında dayanıb, fəhlələrin şirkətin həyətini tərk etməsinə imkan vermir. Fəhlələr isə artıq küçəyə çıxaraq yürüş keçirməkdə israrlıdır.
İşçilər virtualaz.org saytının müxbirinə bildiriblər ki, şirkət rəhbərliyi onları aylardır aldadır: “Neçə aydır bizə söz verirlər, maaş isə yox. 6 aydır evimizə çörəkpulu apara bilmirik”.
Onların sözlərinə görə, şirkətin ümumən 1000 nəfərədək işçiyə üst-üstə 2 milyon manatdan çox borcu var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru