Kanadada aviaşou zamanı təyyarə qəzaya uğrayıb 1-09-2019, 09:20 Kanadanın Alberta şəhərində aviaşou zamanı baş verən kiçik təyyarə qəzasında bir nəfər ölüb.Trend-in məlumatına görə, bu barədə "CTV" telekanalı bildirib.Məlumata əsasən, hadisə yarmarkanın keçirildiyi Smit şəhəri yaxınlığında baş verib.Kanada Nəqliyyat Nazirliyinin əməkdaşları araşdırmaya başlayıb.Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb. Facebook-da paylaş