Avropanın bu ölkəsində 300 min immiqranta ehtiyac olacaq

26-09-2019, 07:53           
Avropanın bu ölkəsində 300 min immiqranta ehtiyac olacaq
Yaxın 30 ildə Litvada ən azı 300 min immiqranta ehtiyac duyulacaq.

Publika.az xəbər verir ki, xaricə köçən litvalıların yerini doldurmaq üçün ölkə daha çox miqrant cəlb etməlidir. Əks təqdirdə Litva Avropada əhalisi sürətlə qocalan ölkəyə çevrilə bilər.

Bu qənaətə Beynəlxalq Valyuta Fondunun 2050-ci ilədək Litva əhalisinin sayının 17 faiz azalacağı ilə bağlı apardığı araşdırmanın nəticəsindən sonra gəlinib. Əmək qabiliyyətli əhalinin sayının azalmasının isə daha çox - 28 faiz olacağı proqnozlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru