Azərbaycanda ailəli qadın oğurlanıb

26-09-2019, 09:28           
Azərbaycanda ailəli qadın oğurlanıb
Gəncədə bir neçə gün əvvəl itkin düşməsi ilə bağlı xəbəri yayılan qadının evindən oğurlandığı məlum olub.
Teref.az Baku.ws-ə istinadən bildirir ki, bu barədə qadının yaxınları danışıb. Belə ki, Gəncə şəhəri, Kəpəz rayon sakini, 1990-cı il təvəllüdlü Vüsalə Hüseynova 4 gün əvvəl evdən oğurlanıb və onun taleyi məlum deyil.

Belə ki, sentyabrın 21-də axşam saatlarında Ramin Hüseynov işdən evə qayıdanda həyat yoldaşının evdə olmadığını, evin pəncərəsinin sındırıldığını və yerdə qan izlərinin olduğunu görüb. Həmçinin Mətbəxin qapısının şüşəsi də sındırılıb.

Evdən oğurlanan qadını hamı sakit və namuslu insan kimi xarakterizə edir. Yaxınları üç uşaq anası olan Vüsalənin taleyindən narahatırlar və əlaqədar qurumlardan bu işin açılması üçün əllərindən gələni etmələrini xahiş edirlər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru