Moskvada İŞİD-çilər yaxalandı – Video

27-09-2019, 17:50           
Moskvada İŞİD-çilər yaxalandı – Video
Moskvada İŞİD terror qruplaşmasını maliyyələşdirilməsi ilə bağlı aparılan cinayət işi üzrə doqquz nəfər saxlanılıb.

Life.ru xəbər verir ki, əməliyyatın görüntüləri Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən yayımlanıb.

Məlumatlara görə, saxlanılan şəxslərdən biri Misir ərazisində yerləşən terror təşkilatına qoşulub. 2015-ci ildə Rusiyaya qayıdan şəxs təşkilata maliyyə yardımı etmək istəyənləri axtarmağa başlayıb. O, mobil telefon tətbiqi vasitəsilə qrup yaradaraq, istəyini həyata keçirməyə çalışıb.

Ümumilikdə qrupun 30 iştirakçısı olub. Bütün əldə olunan maliyyə təşkilatçının bank hesabına köçürülüb.

Saxlanılan şəxslər əməllərini etiraf ediblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru