Ukraynada ikibaşlı qız uşağı doğulub

29-09-2019, 09:09           
Ukraynada ikibaşlı qız uşağı doğulub
Ötən gecə Ukraynada ikibaşlı siam əkizləri dünyaya gəlib.

APA-nın xəbərinə görə, bu barədə “UNİAN” xəbər agentliyi məlumat yayıb.

Bir bədənində iki başı olan körpə barədə danışan doğum evinin baş həkimi Albert Kuritsın deyib ki, həkimlər ultramüayinə zamanı ana bətnindəki uşağın anormal olması barədə diaqnoz qoyublar. Lakin ilk doğuşunu keçirən ana hamiləliyi dayandırmaqdan imtina edib.
Anada sancıların vaxtından əvvəl, hamiləlliyin 33-cü həftəsində başladığı açıqlanıb.

Albert Kuritsın bu cür siyam əkizlərinin çox nadir hallarda doğulduğunu vurğulayıb: "Tibb sahəsində uzun müddət çalışsam da, belə bir patoloji halla rastlaşmamışa”.

Uşağın vəziyyətinin normal olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru