Azərbaycan əsgərini vuran erməni hərbçilər mükafatlandırılıb

2-10-2019, 00:08           
Azərbaycan əsgərini vuran erməni hərbçilər mükafatlandırılıb
İşğalçı Ermənistan danışıqları pozmağa yönəlik daha bir addım atıb.

Belə ki, 22 sentyabr, saat 16.15 radələrində təmas xəttini azaraq neytral əraziyə keçən Azərbaycan əsgərini öldürən erməni hərbçilər mükafatlandırılıb.

Musavat.com bu barədə erməni mediasına istinadla xəbər verir. Məlumata görə, 1 oktyabrda bununla bağlı Qarabağdakı qondarma qurumun “prezidenti” Bako Saakyan “fərman imzalayıb”.

Azərbaycan əsgərinə atəş açan Paruyr Amirxanyan və Rafik Ordonyan təltif edilib.

Qeyd edək ki, hətta Ermənistanın müdafiə naziri David Tonoyan özü də Azərbaycan əsgərinin azaraq neytral zonaya keçdiyini dolayısı ilə etiraf etmişdi. Lakin insanlıqdan kənar davranışları ilə bəşəriyyətə pis nümunə olan düşmən ölkənin işğalçı əsgərləri bu dəfə də öz ənənələrinə sadiq qaldılar. Üstəlik, düşmən şərəfsizcəsinə bu qətlə imza atan əsgərlərinə mükafat verdi. Qaldı Azərbaycan əsgərlərinin erməni hərbçilərini “mükafatlandırması”, inşallah tezliklə əsgərimizin qisası alınar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru