Rusiya dövlət telekanalı Azərbaycanla bağlı böhtan yayıb

27-11-2015, 13:54           
Rusiya dövlət telekanalı Azərbaycanla bağlı böhtan yayıb
“Rossiya 24" dövlət televiziya kanalında 26 noyabr 2015-ci il tarixində efirə getmiş “Турецкий оскал: почему “Серые волки” убили российского пилота” adlı verilişdə düzgün olmayan və uydurma məlumat əsasında Azərbaycanın adı hallandırılıb, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, Ermənistanın azərbaycanlı hərbçilər və mülki şəxslərə qarşı kütləvi formada törətdiyi hərbi və insanlıq əleyhinə cinayət əməlləri təhrif edilib”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O deyib ki, tamamilə yanlış və qeyri-obyektiv məlumat əsasında Azərbaycana adının hallandığı bu verilişi hazırlayanlar dost və qonşu ölkələr olan Azərbaycan və Rusiya arasındakı əlaqələrə xələl gətirmək kimi məqsəd güdürlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru