SON DƏQİQƏ: Düşmən təxribat törətdi, ölən var

2-10-2019, 20:31           
SON DƏQİQƏ: Düşmən təxribat törətdi, ölən var
Azərbaycan-Ermənistan dövlət sər­hə­dində təmas xəttində yer­lə­şən Döv­lət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları davam etməkdədir.
DSX-dən Muxalifet.az-a verilən məlumata görə, 2019-cu ilin 02 oktyabr tarixində saat 16:55 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan eksko­vato­rumuz düşmən tərə­findən atə­şə tutul­ub. Nə­­ti­cə­də ekskovatorun sürücüsü, mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu güllə yarası alıb.
Hadisə yerində dərhal mümkün tibbi yar­dım gös­tə­ril­mək­­lə yaralının təcili təxliyyəsi təmin olunub, lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün ol­­mayıb.
Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru