Polislər sərxoş kişini qəbiristanlığa apardı, döyüb öldürdü

3-10-2019, 07:59           
Polislər sərxoş kişini qəbiristanlığa apardı, döyüb öldürdü
Polislər sərxoş kişini qəbirəstanlığa aparıb, döyərək öldürüblər. Sərxoş kişini döyüb öldürən Saratov vilayətinin Volsk şəhərindən olan iki polisə qarşı cinayət işi açılıb. Virtualaz.org rus mətbuatına istinadən bildirir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb. Belə ki, kişinin cəsədi sentyabrın 26-da qəbiristanlığın yaxınlığındakı meşədən tapılıb. Qətldə iki polis məmuru şübhəli bilinərək tutulub.

Məlum olub ki, polis əməkdaşları sərxoş kişini saxlayaraq, onu qandallayıblar.

“Münaqişə səbəbindən şirkət maşınında olan kişilər öldürülən şəxsi şəhər qəbiristanlığının ərazisinə aparıblar. Orada onun bədəninə təpiklə çoxsaylı zərbələr endiriblər. Nəticədə ağırxəsarətlər alan şəxs hadisə yerində ölüb”, – məlumatda bildirilir.

İki polis barəsində Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü bəndinə (qəsdən ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan) əsasən cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru