Prezident vaxt qoydu, AMEA ləğv etdi - ixtisarlar olacaq

3-10-2019, 17:14           
Prezident vaxt qoydu, AMEA ləğv etdi - ixtisarlar olacaq
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur dəyişikliyi aparılır.

Yaxınlarda AMEA-nın Mətbuat və informasiya idarəsi ləğv olunacaq və akademiyada ixtisarlar olacaq.

Məlumatda bildirilir ki, akademiyanın Mətbuat və informasiya idarəsinin ləğv olunacağını əməkdaşlara Kadrlar və hüquqi təminat şöbəsinin müdiri Rzaqulu Hacıyev deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvarında imzaladığı Fərmanda Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan (tabeliyindəki) elm, elmi-tədqiqat, araşdırma, ixtisasartırma və digər bu kimi sahələrlə məşğul qurumların (institut, mərkəz, təhsil müəssisəsi və s.) fəaliyyətində səmərəliliyi artırmaq və onların idarə edilməsini təkmilləşdirmək üçün təkliflər hazırlanması məqsədilə İşçi Qrup yaradılması haqqında xüsusi bənd var.

Fərmana əsasən, təkliflər 6 ay müddətinə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir. (Moderator.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru